Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:58

Gənclərə din lazımdırmı?


Soldan-sağa: Elmin Həsənli, Azər Nağıyev və İlkin Hüseynli, 5 sentyabr 2007
Soldan-sağa: Elmin Həsənli, Azər Nağıyev və İlkin Hüseynli, 5 sentyabr 2007
«14-24»də bu dəfə «Gənclərə din lazımdırmı» sualı ətrafında müzakirələr aparılır. Müzakirələrin qonaqları xristian dininin nümayəndəsi İlkin Hüseynli, islam dininin təəssübkeşi Azər Nağıyev və özünü deist adlandıran Elmin Həsənlidir.

İlkin Hüseynli deyir ki, insanın ruhunda nəsə instinktiv bir şey var ki, onu ibadət etməyə, hansısa fövqəltəbii qüvvəyə inanmağa çağırır: «Din insana ümid verir. Mənə görə, din insanın intim bir sahəsidir. Tamamilə özünə aid sahədir, kiminsə dininə görə başqasına izahat verməsi düzgün deyil. Din insanla Allah arasında olan bir ünsiyyətdir. Bu, qapalı bir sahədir».


Azər Nağıyev isə hesab edir ki, insan inamsız yaşaya bilməz: «Hətta dindar olmayan insan da nəyəsə inanır. Çox insanlar var ki, dini qəbul etməsələr belə, çətinə düşəndə Allahı çağırırlar. Din insana həyatda yaşamaq üçün doğru-dürüst bir proqram verir».


Elmin Həsənli özünü deist adlandırır: «Deizm - bütün dinləri inkar edən inancdır. Deizmdə peyğəmbər, dini kitablar, şeytan, mələk kimi anlayışlar yoxdur. Sadəcə, deistlər belə hesab edirlər ki, bu kainatın yaranmasında hansısa ilahi qüvvələr iştirak edib, yəni ilahi qüvvələr səbəbdir və din sonralar insanlar tərəfindən uydurulmuş bir şeydir».


Elmin düşünür ki, din həmişə kütlələri idarə etmək üçün bir vasitə olub: «İnsan dinsiz də cəmiyyətdə yaşaya bilər, dinsiz də öz həyat şəraitini qura bilər. Hər hansı gəncin dinə inanması hardasa bir az qeyri-normaldır, çünki dinə insan daha çox qocaldıqca, yaşlaşdıqca inanmağa məcbur olur. Gənc isə bir az etiraz ruhludur».


XS
SM
MD
LG