Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:12

Avtomobil qəzasında Yevlaxda 7, Şamaxıda 4 nəfər ölüb


Avtomobil qəzasında yaralananların vəziyyəti orta ağır qiymətləndirilir
Avtomobil qəzasında yaralananların vəziyyəti orta ağır qiymətləndirilir

Sentyabrın 10-da səhər saat 8 radələrində Yevlax rayonu ərazisində 7 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.


Bakı-Qazax yolunun 293-cü kilometrliyində Yevlax şəhərinin Aran qəsəbəsi ərazisində «Ford» markalı yük daşıyan avtomobillə «Qazel» markalı sərnişin daşıyan avtomobil toqquşub.


Zərərçəkənlər Yevlax regional və təcili-təxirəsalınmaz xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.


Bu səhər saat 8.50-də isə Bakı-Şamaxı yolunun 66-cı kilometrliyində «Mersedes» və «Vaz 2106» markalı avtomobillər qarşı qarşıya gələrək toqquşub.


Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir. 1 nəfər yaralanıb.


Məlumatı «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi verib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG