Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38

Elektrik xətləri insan səhhəti üçün çox risklidir


Ətraf mühit mühafizəçiləri iddia edirlər ki, elektrik xətləri insan səhhəti üçün çox risklidir

Ətraf mühit mühafizəçiləri iddia edirlər ki, elektrik xətləri insan səhhəti üçün çox risklidir

Elektrik naqillərinin insan səhhətinə ziyanı var, yoxsa yox? Bu sahədə alimlər indiyə qədər çox araşdırmalar aparıblar. Gəldikləri nəticə bu olub ki, elektrik xətləri yaxınlığında yaşamaq erkən yaşlarda leykemiya xəstəliyinə tutulmaq riskini artırır.

Tasmaniya Universitetindən Rey Lovental bu istiqamətdə araşdırmaları davam etdirərək, Tasmaniyanın 900 sakini arasında tədqiqat aparıb. Belə məlum olub ki, həyatının ilk 15 ilini elektrik xətlərindən 300 metr və daha yaxın ərazidə keçirmiş insanların leykemiya və limfoma xəstəliklərinə düçar olmaq riski digər insanlardan 3 dəfə çox olur.

2002-ci ildə ABŞ-ın Milli Səhiyyə İnstitutu da elektrik naqillərinin uşaqlarda leykemiyanın yaranması təhlükəsi daşıdığını, ancaq bu təhlükənin o qədər də böyük olmadığını bildirmişdi. 2004-cü ildə isə Britaniyanın Milli Rentgenoloji Mühafizə İdarəsi bəyan edib ki, elektrik xətlərinin uşaqlar üçün leykemiya riski daşımasına baxmayaraq, uşaqlarda və böyüklərdə müşahidə edilən xərçəngin digər növlərinin də meydana çıxmasında elektrik cərəyanının təsirinin olduğunu söyləmək üçün kifayət qədər sübut yoxdur.

Bəzi ətraf mühit mühafizəçiləri isə iddia edirlər ki, elektrik xətləri insan səhhəti üçün çox risklidir. Sadəcə olaraq, bu riski aradan qaldırmaq həddən artıq vəsait tələb etdiyindən riskin cüzi olduğu bildirilir. Britaniyada Elektrikə Nəzarət adlı bir QHT hökuməti elektrik xətləri yaxınlığında yeni evlərin tikilməsinə moratorium qoymağa və elektrik naqillərini yerin altından çəkməyə çağırıb. Bu QHT təkcə elektrik naqillərinin deyil, mobil telefonların da zərərli təsirinin monitorinqini aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG