Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

«Seçki Məcəlləsinin dəyişdirilməsinə dair müzakirələr başlayır»


«Seçki Məcəlləsinin dəyişdirilməsilə bağlı hakimiyyətlə Venesiya Komissiyası arasında razılıq əldə olunub»

«Seçki Məcəlləsinin dəyişdirilməsilə bağlı hakimiyyətlə Venesiya Komissiyası arasında razılıq əldə olunub»

«Yeni Müsavat» 9 sentyabr tarixli sayında yazır ki, Venesiya Komissiyasının bu ayının sonunda təşkil edəcəyi diskussiyalara müxalifət də qatılacaq. Seçki Məcəlləsinin dəyişdirilməsilə əlaqədar Azərbaycan hakimiyyəti ilə Venesiya Komissiyası arasında danışıqlarda bir sıra razılıqlar əldə olunub. «Uzun müddət Seçki Məcəlləsinin dəyişdirilməsinə lüzum olmadığını bildirən hakimiyyət, nəhayət, bir addım geri çəkilib. İqtidar təmsilçiləri Məcəlləyə dair öz təkliflərini 10 gün müddətində hazırlayacaqlarını bildiriblər. İlkin razılaşma Venesiya Komissiyası yaxın zamanlarda seçki qanunvericiliyi ilə bağlı Bakıda diskussiyalar təşkil edəcək».


Məsələ ilə bağlı «Yeni Müsavat»ı məlumatlandıran mənbə bildirib ki, danışıqlar gərgin keçib. Amma gözlənilən diskussiyalarda müxalifətin də iştirakı razılaşdırılıb. Seçki komissiyalarının hansı formada təşkili də bu müzakirələrdə müəyyən olunacaq.


«Azadlıq» qəzeti Azərbaycan media işçilərinin Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü necə qeyd etmələrindən yazır: «Hazırda 7 jurnalist Azərbaycan həbsxanalarında ağır və dözülməz şəraitdə saxlanılır. Jurnalistlərin heç biri həbsxanada qanuni hüququndan istifadə edə bilmir, jurnalist fəaliyyətini davam etdirə bilmir. Belə ki, həbsxana rəhbərliyi onların yazdıqları məqaləni göndərməyə və mətbuata ötürməyə imkan vermir».


Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti isə yazır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədlərindən biridir. Bununla bağlı qəzetin əməkdaşı Rəşad Cəfərlinin məqaləsi çap olunub. Müəllif yazır: «Ölkəmiz Avropa Şurasına üzv qəbul olunmasından ötən illər ərzində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm uğurlara imza atmışdır. Hər dəfə Azərbaycanın öhdəlikləri yerinə yetirməsinə dair məsələ müzakirə edilən zamanı AŞ rəsmiləri ölkəmizdə demokratikləşmə, insan hüquqlarının inkişafı sahəsində işləri yüksək qiymətləndirmişlər».


Günün bütün mövzuları

XS
SM
MD
LG