Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18

İrandan keçməklə Naxçıvandan Biləsuvara avtobus marşrutu açılıb


Naxçıvan aeroportunda yaranmış gərginliyi nisbətən azaltmaq üçün sentyabrın 7-dən İran ərazisindən keçməklə Biləsuvara müvəqqəti avtobus marşrutu açılıb. Günün birinci yarısında artıq iki avtobus yola salınıb. Günün sonuna qədər əlavə 3 avtobusun da yola salınacağı gözlənilir. Onların tutumu 30-35 nəfərdir.


«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, aeroportda gərginlik hələ də qalmaqdadır.


Muxtar Respublikaya hazırda gün ərzində 6 təyyarə reysi işləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG