Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

«Təcridxanalarda islahatların aparılmasına çox böyük ehtiyac var»


«Hökumətlərə mesajım odur ki, daha çox iş görülməsini istəyirsinizsə, komissara daha çox investisiya yatırın»
«Hökumətlərə mesajım odur ki, daha çox iş görülməsini istəyirsinizsə, komissara daha çox investisiya yatırın»

«Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yekun nəticə çıxarmaq hələ tezdir. Çünki yekun hesabat üzərində işləyəcəyik».


Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq sentyabrın 7-də jurnalistlərlə söhbətində belə deyib. O, hesab edir ki, Azərbaycanda çox böyük dəyişikliklər, inkişaf baş verib:


«Məsələn, Ali Məhkəməyə səfərim zamanı bizə məlum olub ki, onlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tərcümə edir, hakimlərə izah edir, onlara istinad edirlər».


«Keçirdiyiniz görüşlərdə həbs edilmiş jurnalistlərin məsələsinə toxundunuzmu» sualına cənab Hammarberq «hələ görüşlərimiz başa çatmayıb, növbəti görüşlərdə bu məsələni daha dərindən müzakirə etməyi planlaşdırıram» - cavabını verib.


Tomas Hammarberq: «Keçirdiyim görüşlərdən sitat gətirəcəyim bir fikir söylənilməyib. Amma yenə də bu məsələnin müzakirəsinə geri qayıtmağı düşünürəm. Öz mülahizələrimi bildirmək istəmirəm. Bizim mövqeyimiz ondan ibarətdir ki, böhtan və ya təhqirə görə, jurnalistlər cinayət məsuliyyəti daşımamalıdırlar, onlara alternativ cəzalar müəyyən edilməlidir. Baxmayaraq ki, Avropanın bir sıra ölkələrində də böhtan və diffamasiyaya görə, Cinayət Məcəlləsində müddəalar vardır. ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Miklos Haraşti öz bəyanatında demişdir ki, jurnalistlərin böhtan xarakterli məlumatlara görə həbsinə son qoyulmalıdır».


Məhbusların saxlanma şəraitinə toxunan komissar bütövlükdə Azərbaycandakı cəzaçəkmə yerlərində müəyyən irəliləyişlərin olduğunu, təmir işlərinin aparıldığını bildirib: «Amma yenə də təcridxanalarda islahatların aparılmasına çox böyük ehtiyac var. Ən böyük problem kameralarda isti olması, yəni havaçəkmə qurğularının işləməməsi, ümumiyyətlə, vintilyasiyanın olmamasıdır».


O, bir sıra məhbuslarla fərdi görüşlər keçirdiyini də deyib: «Onlarla görüşümüz əsasında əldə etdiyimiz məlumatları hesabatımıza daxil edəcəyik. Hələlik həmin faktlar üzərində işləməyimiz vacibdir. Ona görə də indidən bir söz söyləmək istəməzdim».


Bakıda siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi ilə bağlı çağırışların səslənməsinə münasibət bildirən Tomas Hammarberq «mənim düşüncəm ondan ibarətdir ki, artıq Avropa Şurasının insan hüquqları üzrə komissarı vardır» deyib: «Hökumətlərə mesajım ondan ibarətdir ki, daha çox iş görülməsini istəyirsinizsə, komissara daha çox investisiya yatırın, daha çox imkan verin, şərait yaradın ki, daha çox naliyyətlər əldə edilmiş olsun».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG