Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:50

Prokurorluq uçan binanın altında daha bir nəfərin qaldığını bildirir


İtkin düşən iki nəfərlə yanaşı Salyan rayon sakini Elnur Mürsəlov da axtarılır
İtkin düşən iki nəfərlə yanaşı Salyan rayon sakini Elnur Mürsəlov da axtarılır

Bakı Şəhər Prokurorluğunda yaradılmış istintaq qrupu Yasamal rayonu Murtuza Muxtarov küçəsində uçan binanın altında daha bir nəfərin qaldığını bildirir. Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, prokurorluq şahid ifadələri əsasında daha bir nəfərin dağıntılar altında qaldığı qənaətinə gəlib.


Bu vaxta kimi 24 meyit çıxarılıb. Onlardan birinin şəxsiyyəti müəyyənləşməyib. Həmin şəxsin Kürdəmirdən olan Akif Cəfərov olduğu ehtimal olunur.


Prokurorluğun itkin düşənlərin siyahısına əlavə etdiyi iki nəfərlə yanaşı Salyan rayon sakini Elnur Mürsəlov da axtarılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG