Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

«Nəsimi» stansiyası gələn ilin avqustunda, «Azadlıq» isə 2009-cu ildə istifadəyə veriləcək


Noyabrın əvvəllərində Metropolitenin istifadəsinə daha 15 yeni vaqon veriləcək. Bakı Metropolitenin rəisi Tağı Əhmədovun sözlərinə görə, 225 vaqona ehtiyac var və 1977-ci ildən alınan vaqonlar gələn il xətdən çıxarılacaq.


Bu günlərdə isə metronun ventilyasiya sistemini təzələmək üçün Rusiyadan 5 ədəd yeni sistem gətiriləcək.


Tağı Əhmədovun sözlərinə görə, keçmiş İnqilab, indiki Həsən Əliyev küçəsində yeni metro stansiyası tikmək və dairəvi yol vasitəsilə bu stansiyanı ya «Əzizbəyov», ya da «Ulduz» stansiyasına birləşdirmək üçün layihə hazırlanır.


6-cı və 8-ci mikrorayonlarda tikilən «Nəsimi» stansiyası gələn ilin avqustunda, «Azadlıq» stansiyası isə 2009-cu ildə istifadəyə veriləcək.


XS
SM
MD
LG