Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:48

«Bakmil»ə ad axtarırlar…


«Bakı Soveti» stansiyası oktyabrda iki aylıq təmirə dayanacaq

«Bakı Soveti» stansiyası oktyabrda iki aylıq təmirə dayanacaq

«Metropolitenin «Bakı Soveti» stansiyasının adını dəyişdirib «İçərişəhər» qoyulması üçün gərək «Bakmil» stansiyasının da adı dəyişdirilsin».


Metropolitenin rəisi Tağı Əhmədovun sözlərinə görə, onlar hələ ki, «Bakmil»ə ad tapa bilmirlər. Bunun üçün ictimaiyyətdən kömək gözləyirlər: «Bir adı dəyişdirməkdən ötrü bizə bir xeyli maliyyə vəsaiti lazımdı, iki dəfə xərc çəkməmək üçün iki stansiyanın adını birdən dəyişmək niyyətindəyik».


Tağı Əhmədov bildirib ki, «Bakı Soveti» stansiyası oktyabrda iki aylıq təmirə dayanacaq. Onun sözlərinə görə, stansiyanın görünüşü dəyişdiriləcək və bu da Şirvanşahlar Sarayı divarlarının görünməsi üçün şərait yaradacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG