Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:30

«Eynulla Fətullayevə qarşı təqiblərə son qoyulmalıdır»


Məhkəmə Fətullayevə iki il yarım iş kəsib. Hökmdən sonra isə onun haqqında iki cinayət işi açılıb

Məhkəmə Fətullayevə iki il yarım iş kəsib. Hökmdən sonra isə onun haqqında iki cinayət işi açılıb

Jurnalistləri Beynəlxalq Müdafiə Təşkilatı hakimiyyəti «Gündəlik Azərbaycan» və «Realniy Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı təqiblərdən əl çəkməyə çağırır. Təşkilat hesab edir ki, jurnalist hakimiyyətin fəaliyyətindəki çatışmazlıqları araşdırmağa başlayandan sonra ona qarşı silsilə ittihamlar irəli sürülür.


Məhkəmə Eynulla Fətullayevə yazısına görə iki il yarım iş kəsib. Hökmdən sonra isə onun haqqında iki cinayət işi açılıb.


Jurnalistləri Beynəlxalq Müdafiə Təşkilatı bəyan edir ki, hakimiyyət jurnalistin əleyhinə ittihamların sayını artırmaqla işin mahiyyətindən canını qurtarmağa çalışır. Təşkilatın icraçı direktoru Coel Saymon deyib ki, bu təqiblərə son qoymaq, jurnalisti azadlığa buraxmaq lazımdır.


Cənab Saymon həbsdəki daha iki jurnalisti-Sakit Zahidov və Fərəməz Novruzoğlunu da azadlığa buraxmağa çağırıb. Təşkilat rəsmisi bu jurnalistlərin səhhətinin ağır olduğunu deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG