Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:05

«Azərbaycanda inflyasiya 15 faiz olub»


«2008-ci ilin dövlət büdcəsində antiinflayasiya tədbirləri nəzərə alınıb»

«2008-ci ilin dövlət büdcəsində antiinflayasiya tədbirləri nəzərə alınıb»

«On iki ayın nəticələri üzrə Azərbaycanda inflyasiya 15 faiz olub». Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Vitali Kramarenko belə deyir. O, gələn il inflyasiyasının səviyyəsinin aşağı enəcəyin gözlədiklərini bildirir: «2008-ci ilin dövlət büdcəsini hökumətlə birgə müzakirə etmişik və həmin büdcədə antiinflayasiya tədbirləri nəzərə alınıb».


Cənab Kramarenko hesab edir ki, hökumət büdcənin neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorundan büdcəyə vəsait cəlb edilməsini gücləndirməlidir.


Missiyanın rəhbəri həmçinin büdcə sektorunda kəskin maaş artımının gözlənilmədiyini deyir: «Antiinflyasiya tədbirlərinə görə, bu yolverilməzdir».


O, 2008-ci ilin fevral-mart ayılarında BVF-nin daha bir missiyasının Azərbaycana gələcəyini bildirir. V.Kramarenkonun sözlərinə görə, bu missiya hökumətlə enerjidaşıyıcıların qiymət siyasətini müzakirə edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG