Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:43

Prezidentə 13 təklif…


Hüquq müdafiəçiləri korrupsiyanın hər sahədə problemlər yaratdığını bildirirlər
Hüquq müdafiəçiləri korrupsiyanın hər sahədə problemlər yaratdığını bildirirlər

İnsan Hüquqları Monitorinq Qrupu ölkə vətəndaşlarının sosial-iqtisadi, əmək və mədəni hüquqlarının müdafiəsilə bağlı prezident İlham Əliyevə müraciət hazırlayır.


Belə bir fikir İnsan Hüquqları Monitorinq Qrupunun sentyabrın 6-da keçirdiyi müzakirələrdə səslənib. Prezidentə ünvanlanan müraciətdə qanunsuzluqların, korrupsiyanın təkcə tikinti sektorunda deyil digər sahələrdə də çox ciddi problemlər yaratdığı bildirilir. Müraciətdə deyilir: «Sosial-iqtisadi problemlər, inflyasiyanın yüksəlməsi, aztəminatlı ailələrin ağır durumları, günbəgün çətinləşən həyat şəraiti bizi hüquq müdafiəçiləri olaraq səsimizi ucaltmağa vadar edir».


Avqustun 28-də çoxmərtəbəli binanın çökməsini vurğulayan hüquq müdafiəçiləri tələb edirlər ki, cavabdeh qurumlar, məsuliyyət sahibləri baş verən hadisə ilə bağlı hərəkətə gəlməlidirlər. Hüquq müdafiəçiləri tikinti sektoru daxil olmaqla, bir çox sahələrdə kök atmış və hələ də davam edən qanunsuzluqların qarşısının alınması və ölkədə yaranmış vəziyyətin dəyişdirilməsini tələb edirlər.


Ölkədəki mövcud problemlərdən çıxış yolu kimi hüquq müdafiəçiləri prezidentə etdikləri müraciətdə 13 təklif irəli sürüblər.


Təkliflərdə bildirilir ki, tikintidə çalışanlar mütləq həmkarlar təşkilatlarında birləşməli, Dövlət Komissiyasının işinə müstəqil ekspertlər cəlb olunmalı, inşaat sektoru üzərində ictimai nəzarət təmin edilməlidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG