Milli Təhlükəsizlik Nazirliyi (MTN) bir sıra hüquq müdafiəçilərinin nazirlikdə görüş keçirmələri ilə bağlı təklifinə rədd cavabı verib. İnsan Haqları Təşkilatları Monitorinq Qrupu üzvləri milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin təcridxanasında saxlanılan «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevlə görüşmək niyyətində olublar.
Bu barədə «Azadlıq» radiosuna Monitorinq qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. O, bildirib ki, görüş təklifinə nazirlik sentyabrın 6-da yox cavabını verib.
MTN-dən məsləyə şərh vermək istəməyiblər.