Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:17

Gürcüstan və ABŞ hərbi-dəniz qüvvələrinin təlimləri başa çatıb


ABŞ tərəfdən təlimlərdə «Donald Kuk» hərbi gəmisi iştirak edib

ABŞ tərəfdən təlimlərdə «Donald Kuk» hərbi gəmisi iştirak edib

Qara dəniz sahillərində Gürcüstan və Amerika hərbi-dəniz qüvvələrinin müştərək təlimləri başa çatıb. Batumi limanı akvatoriyasında belə miqyaslı manevrlər Gürcüstan-Amerika münasibətləri tarixində ilk dəfədir keçirilir.


«Azadlıq» radiosunun müxbirinin verdiyi məlumata əsasən, ABŞ tərəfdən təlimlərdə «Donald Kuk» hərbi gəmisi iştirak edib. Gəmi o qədər böyük olub ki, buxtaya daxil ola bilməyib. Onu katerlər vasitəsilə dartmalı olublar. Amerika gəmisi ilə müqayisədə, Gürcüstanın hərbi-dəniz gəmiləri daha az təsir bağışlayıb.


İki gün ərzində dənizçilər sahilyanı zonada hərbi əməliyyatların metodlarını öyrəniblər. Təlimlərə o cümlədən dəniz piyadasının döyüşçüləri də qatılıblar.


Təlimlər başa çatdıqdan sonra ABŞ zabitləri gürcüstanlı həmkarlarının hazırlıq səviyyəsindən məmnunluq bildiriblər.


Tədbiri bəzi xarici ölkələrin hərbi attaşeləri izləyiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG