Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27

«Hüquqi əsası olmayan dövlət»


Bir çoxları belə bir sualla üzbəüz qalıb: Görəsən ölkə həqiqətən idarə olunurmu?

Bir çoxları belə bir sualla üzbəüz qalıb: Görəsən ölkə həqiqətən idarə olunurmu?

«Azadlıq» qəzetinin 6 sentyabr sayında politoloq Zəfər Quliyevin «Hüquqi əsası olmayan dövlət» məqaləsi çap olunub. Ekspert hazırda Azərbaycanın daxili siyasi durumunu təhlil edir. Müəllif yazır: «Bu artıq nə avtoritarizmdir, nə də hətta imitasiyalı demokratiya. Bu məmur və polis özbaşınalığını hökmranlığıdır. Bu siyasi sistemin tam iflası, dövlətçiliyin özünə qarşı təhlükə və despotizmin ən qəddar formasına keçid deməkdir.


Bir çoxları tamamilə tüğyan edən hüquqi və əxlaqi deqradasiyanı, mənəvi aşınmanı, siyasi vəhşiliyi, gündən-günə artan iqtisadi səbatsızlığı və sosial fəlakəti müşahidə edərək istər-istəməz belə bir sualla üzbəüz qaldıqlarının fərqində olurlar: Görəsən ölkə həqiqətən idarə olunurmu, bu lənətlənmiş, cadulanmış qaydasız oyun çevrəsindən necə xilas olmaq mümkündür? Axı korrupsiyanın, özbaşınalığını və səfalətin cəmiyyəti işğal etdiyi bir zamanda kimsənin həyatının və ya fəaliyyətinin (biznesinin) təhlükəsizliyinə heç bir təminat yoxdur».


Açıq Cəmiyyət Partiyasının rəsmisi Zəminə Dünyamalıyeva deyir ki, Rəsul Quliyevin Azərbaycana gəlişinə «Azadlıq» bloku mane oldu. Bu barədə o, «525»ə müsahibəsində bildirib.


«Səbəb budur ki, hələ 2005-ci ildə mən bu blokun əsassız olaraq yaradıldığını bildirmişəm. Buna baxmayaraq, ADP blokla əməkdaşlığa getdi, nəticə isə göz önündədir. Yəni «Azadlıq» blokunun necə fəaliyyət göstərməsi məlumdur. Birbaşa Rəsul Quliyevin Azərbaycana gəlişinə maneçilik göstərən məhz «Azadlıq»bloku oldu».


Xanım siyasətçi gələn ilki prezident seçkilərinə toxunaraq, bildirir ki, Azərbaycanda sona qədər boykot yolunu seçmək mümkün deyil. «Çünki seçkidən qabaq müxalifət aləmi bir-birinə qatır. Seçkinin gedişatını izləmək lazımdır. Hər bir ölkədə seçkiyə münasibət var. Seçkini bəri başdan namizəd olan kəs öz proqramı, apardığı kampaniyası ilə udmalıdır. Proqram yanlışdırsa, təbii ki, həmin şəxs uduzacaq».


«VİP sədri Lalə Şövkət və Əli Kərimlinin prezidentliyə namizəd kimi şanslarını bərabər qiymətləndirir»- «Ekspress» qəzeti belə yazır. «Azadlıq» bloku prezident seçkilərində iştiraka qərar versə, Vətəndaş və İnkişaf Partiyası (VİP) öz namizədilə seçkilərə qatılmayacaq. Bu barədə VİP sədri Əli Əliyev məlumat verib.


VİP sədri ALP lideri Lalə Şövkət və AXCP sədri Əli Kərimlinin prezidentliyə namizəd kimi şanslarını bərabər qiymətləndirir. «Biz onlardan hansına dəstək veriləcəyini prezident seçkiləri ərəfəsində açıqlayacağıq»-, deyə Əliyev bildirib.


2008-ci il dövlət büdcəsinin layihəsi artıq 3 variantda hazırdır. Maliyyə Nazirliyinin büdcə şöbəsindən «Üç nöqtə»yə verilən məlumata görə, layihə aidiyyatı qurumların proqnoz göstəriciləri əsasında hazırlanıb: «Sənəddə cari ilin ilk yarısında əldə edilən göstəricilər əsas götürülüb. Lakin bu, son deyil. 9 ayın yekunları üzrə dəqiqləşdirmələr aparıldıqdan sonra yekun layihə formalaşacaq. Bu isə sentyabr ayının sonuna təsadüf edəcək».


Günün bütün mövzuları

XS
SM
MD
LG