Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:10

Uçqunlar altından çıxarılan cəsədlərin sayı 20-yə çatdı


Günorta saatlarında uçqunlar altından 20-ci cəsəd çıxarıldı.


***


Sentyabrın 6-da binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb. Onun şəxsiyyəti müəyyənləşib. O, 1977-ci il təvəllüdlü, Bakı sakini Ələkbərov Vüsal Sabir oğludur.


Bununla da dağıntılar altından çıxarılan cəsədlərin sayı 19-a çatıb. Daha 7 nəfərin cəsədinin dağıntılar altında qaldığı ehtimal olunur.


***


Sentyabrın 5-i axşam saatlarında uçqunlar altından 18-ci adamın cəsədi çıxarılıb. Bu, Laçın rayonu Arduştlu kənd sakini, 1976-cı il təvəllüdlü Əsgərov Valeh Telman oğludur.


***


Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, artıq 17-ci meyit çıxarılıb . Bu, 1949-cü il təvəllüdlü Hüseynov Rafiq Nemət oğludur. Laçın rayounun Kürdəhacı kənd sakinidir.


***


Yasamal Rayon Prokurorluğunda bina uçqunu ilə bağlı yaradılmış «Qaynar xətt»dən «Media forum» saytına verilən məlumata görə, sentyabrın 4-ü gecə dağıntılar altından daha bir meyit çıxarılıb. Beləliklə, sözügedən qəzada həlak olanların sayı 16-ya çatıb.


«Qaynar xətt»dən bildiriblər ki, Səhiyyə Nazirliyinin tibbi ekspertizası meyitin 1964-cü il təvəllüdlü Cahan Mülkədar oğlu Məhərrəmov olduğunu təsdiqləyib. O, tikintidə krançı işləyirmiş.


Dağıntılar altında daha 10 nəfərin cəsədinin qaldığı ehtimal olunur.


XS
SM
MD
LG