Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:19

1 at gücündə avtomobil yaradılıb


«Fleethorse» şirkəti «at» avtomobillərinin bir neçə layihəsini hazırlayıb

«Fleethorse» şirkəti «at» avtomobillərinin bir neçə layihəsini hazırlayıb

Dubayda yerləşən «Fleethorse» şirkəti cəmi 1 at gücündə olan yeni ekoloji təmiz avtomobilin layihəsini təqdim edib. Maşının sözün əsl mənasında, bir atı olacaq.

Yeni nəqliyyat vasitəsi hansısa bir araba yox, bütün atributları ilə məhz avtomobildir – onun kuzovu, sükanı, qaz və tormoz pedalları, həmçinin salonu var. «Natucar» adlı maşının özəlliyi ondadır ki, avtomobilin içində əsl canlı at var. Heyvan xüsusi zolaqda dayanır və xüsusi qaçış cığırında qaçır. Atın qaçışı nəticəsində enerji yaranır və akkumulyatorlarda yığılır. Yalnız bundan sonra enerji təkərlərə ötürülür.


İstehsalçıların dediyinə görə, at avtomobilin içində gündə cəmi bir neçə saat qaçacaq. Bu, nisbətən qısa məsafələri qət etmək üçün lazımi qədər enerji toplamağa kifayət edir. «Natucar»ın maksimal sürəti saatda 60 km-dən çox olacaq.



Maraqlıdır ki, «Fleethorse» şirkəti «at» avtomobillərinin bir neçə layihəsini hazırlayıb. Məsələn, variantların birində maşının içinə birdən üç at yerləşdirmək olar. «Fleethorse»un nümayəndələrinin dediyinə görə, bu cür «üçlük»dən iri şəhərlərin mərkəzində turistlərin daşınması üçün istifadə etmək olar.



Günün bütün mövzuları

XS
SM
MD
LG