Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:04

Prezidentliyə namizədələrin debatları İTV-də


Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizədlər arasında keçiriləcək debatlar İctimai Televiziya (İTV) ilə yayımlanacaq. Bu barədə razılıq «İREX» Mediaya Yardım Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Şeldon Markoffun İTV-nin baş direktoru İsmayıl Ömərovla görüşündə əldə olunub.


İlkin olaraq seçkilərdə iştirak edəcək Respublikaçılar və Demokratlar partiyalarının daxilində keçirilən debatların ən maraqlıları tamaşaçılara təqdim olunacaq. Baş direktor İ.Ömərov bildirib ki, ölkə teleməkanında yenilik olan bu layihə tamaşaçılar tərəfindən maraqla qarşılanacaq. Bundan əlavə şirkət rəhbəri hesab edir ki, ABŞ-da prezidentlik uğrunda mübarizə aparan şəxslərin kimliyi digər ölkələr kimi Azərbaycan auditoriyası üçün də maraqlıdır.


Bu, «İREX»lə İTV arasında reallaşdırılan sayca ikinci telelayihədir. Bundan əvvəl isə, adıçəkilən qurum İTV-də xeyli müddətdir ki, yayımlanan «Çarpaz baxış» verilişini birgə təqdim etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG