Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52

Azərbaycan Dövlət Radiosunda rus dilində verilişlərin dayandırılması xəbəri təkzib edilir


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Mövlud Süleymanlı Azərbaycan Dövlət Radiosunda rus dilində gedən verilişlərin dayandırılması xəbərinin doğru olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycan Dövlət Radiosunun rus dilində yayımlanan verilişləri ölkə ərazisində eyni dalğada, eyni həcmdə qalacaq: «Bizim rus dilində verilişlərimiz indi beynəlxalq Azərbaycan radiosunun xətti ilə də yayımlanacaq. Xaricə yayım hər saatın başında xəbərlərlə davam edəcək».


M.Süleymanlı onu da deyir ki, sentyabrdan etibarən fransız, alman və ingilis dillərində gedən verilişlər də dayandırılıb: «Bunun da müxtəlif səbəbləri var. Biz Avropa konvensiyasına üzv qəbul olunandan sonra bəzi səbəblərə görə həmin dillərdə hələlik efirə çıxa bilmərik».


Sentyabrın 5-də bəzi media vasitələri Azərbaycan Dövlət Radiosunun rus dilində verilişləri dayandırdığı barədə məlumatlar yayıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG