Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

Məktəbli forması nümunələri təqdim olundu


Məktəbli geyiminin qiyməti 20-50 manat arasında dəyişir

Məktəbli geyiminin qiyməti 20-50 manat arasında dəyişir

Azərbaycanın orta ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi reallaşır. MT-KO Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırladığı məktəbli geyimi nümunələri sentyabrın 5-də təhsil işçilərinin ümumrespublika konfransında nümayiş olunub. Qurum məktəbli formalarının ibtidai siniflər, 4-7-ci və 8-11-ci siniflər üçün 3 qrupa ayrılmasını təklif edir. Formalar pambıq parçadan rahat və sadə biçimdə hazırlanıb.


Qızlar üçün yaş qruplarına uyğun olaraq zoğalı və boz rəng damalı parçadan yubka, ağ köynək və zoğalı pencək, yaxud jaket, oğlanlar üçün tünd göy və qara rəngli parçadan şalvar, ağ köynək, yaş qruplarına uyğun olaraq zoğalı və tünd göy rəngli pencək.


Geyim aksesuarları sırasında həm oğlanlar, həm qızlar üçün zoğalı cemperlər, yubkaların və şalvarların parçasından hazırlanmış qalstuklar da var.


Məktəbli geyiminin qiyməti 20-50 manat arasında dəyişir.



BÖYÜTMƏK ÜÇÜN ŞƏKLİN ÜSTÜNDƏN BASIN




Günün bütün mövzuları

XS
SM
MD
LG