Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:09

Polis QAT-ın fəallarını saxlayıb


Sentyabrın 5-də saat 12:20-də Nərimanov rayon 16-cı Polis Bölməsinin 20-ə yaxın mülki geyimli əməkdaşı Qarabağ Azadlıq Təşkilatının (QAT) mənzil qəraragahına gəlib. Binaya daxil olan polislər təşkilatın sədri Akif Nağı ilə bərabər içəridə olan hər kəsi çölə çıxarıblar. Bundan sonra, saxlanılanları polis bölməsinə aparıblar.


Akif Nağının «Turan»a bildirdiyinə görə, çox güman ki, hakimiyyət Ermənistanın Daxili İşlər naziri Ayk Arutunyanın Bakıya gəlməsilə əlaqədar QAT-ın etiraz aksiyası keçirməsindən ehtiyatlanır.


Sentyabrın 6-da Bakıda MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının novbəti toplantısı başlayacaq. Bu məqsədlə Ermənistanın Daxili İşlər naziri, general-polkovnik Ayk Arutyunyan da bu gün Bakıya gəlir.


Günün bütün mövzuları

XS
SM
MD
LG