Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Türkmənistanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa edə bilər


Bu barədə Xarici işlər nazirinin müavini Vaqif Sadıqov məlumat verib. O, bildirib ki, Türkmənistanda hakimiyyət dəyişikliyindən sonra münasibətlərdə yeni mərhələ yaranıb. «Türkmənistanın yeni rəhbərliyi Azərbaycana yeni gözlə baxır. İki ölkə arasında təmaslar sürətlənib».


Nazir müavini deyir ki, səfirliyin olmaması belə münasibətlərə heç bir təsir göstərməyib.


Türkmənistanla Azərbaycan arasında Xəzər dənizinin «Kəpəz» yatağına görə yaranmış mübahisə nəticəsində Aşqabad 2001-ci ildə Bakıdakı səfirliyini geri çağırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG