Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38

«Article 19» Tomas Hammarberqə müraciət edib


«Article 19» Azərbaycana təcili hüquqi islahatlar aparmağı təklif edir

«Article 19» Azərbaycana təcili hüquqi islahatlar aparmağı təklif edir

Beynəlxalq hüquq müdafiə təşkilatı «Article 19» Azərbaycanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqə açıq məktubla müraciət edib. «Turan»ın məlumatına görə, məktubda mətbuat və ifadə azadlığının pozulması problemini ön plana çıxarmaq və Hammerberqin Azərbaycana beşgünlük rəsmi səfəri zamanı bu məsələni hakimiyyət qarşısında qaldırmaq çağırışı yer alır.

«Article 19»un məktubunda Azərbaycanda məhkəmə prosesləri ədalətli apırılmayan 7 jurnalistin məhkum edildiyi xatırladılır: «Bütün bunlar Azərbaycanın KİV-lərin və jurnalistlərin hüquqları tez-tez pozulan ölkələr sırasında yer almasına səbəb olub. Azərbaycanda mətbuatın daha çox təqib edilməsi üsulu onun böhtanda ittiham edilməsidir. Bu, mətbuatın hakimiyyəti tənqid etməsinin qarşısını almaq məqsədilə edilir».


«Article 19» böhtanın dekriminalizasiyası daxil olmaqla, Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsini təmin etmək məqsədilə təcili hüquqi islahatlar aparmağı təklif edib.


Təşkilatın icraçı direktoru Anyes Kalamar bildirib: «Hammarberqin səfəri narahatçılığı Azərbaycan hakimiyyətinin nəzərinə çatdırmaq üçün əla imkandır. KİV-in təqiblərdən müdafiəsini təmin etmək üçün böhtan sahəsində qanunvericiliyin islah edilməsi olduqca vacibdir. Jurnalistlərin sadəcə öz vəzifələrini yerinə yetirməsinə və ictimaiyyəti informasiya ilə təmin etməsinə görə həbs edilməsi yolverilməzdir».


Günün bütün mövzuları

XS
SM
MD
LG