Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

«Heç bir diplomatımız ac deyil»


Xarici işlər nazirinin müavini Vaqif Sadıqov, 5 sentyabr 2007

Xarici işlər nazirinin müavini Vaqif Sadıqov, 5 sentyabr 2007

Xarici işlər nazirinin müavini Vaqif Sadıqov sentyabrın 5-də keçirdiyi mətbuat konfransında belə deyib. Diplomatların maaş məsələsinə toxunan nazir müavini bildirib ki, onların maaşları artan xətlə gedir: «Maaşdan gileylənənlər isə təmkinli olmalıdırlar. Ölkənin iqtisadi potensialı yaxşılaşdıqca, diplomatlarında maaşları artırılacaq. Ancaq biz dövlət büdcəsinə də yük olmaq istəmirik».


Vaqif Sadıqov bildirir ki, Azərbaycanın xarici nümayəndəliklərində çalışan şəxslər bir sıra MDB ölkələrinin diplomatlarından yaxşı yaşayırlar.


Onun sözlərinə görə, 1992-ci ildən 2004-cü ilə kimi Azərbaycanın 26 diplomatik nümayəndəliyi var idisə, son üç ildə 29 nümayəndəlik açılıb. XİN daha bir neçə ölkədə nümayəndəliklərin açılması ilə bağlı təkliflər hazırlayıb.


Nazir müavini deyir ki, diplomatların işi artsa da, sayı artmayıb. «Keçən il XİN-ə daxil olan diplomatik sənədlərin sayı 30 mini ötüb, Azərbaycandan isə diplomatik yolla 20 mindən çox sənəd göndərilib».


Vaqif Sadıqov deyir ki, Azərbaycan diplomatiyası Ermənistanla müqayisədə oturuşub. «Ermənistan səyyar diplomatiya yürüdür. Nümayəndəliklərinin çoxu qeyri-rezident fəaliyyət göstərir. Yəni səfirləri Yerevanda otururlar».


Azərbaycanın xaricdə 46 səfirliyi, 5 baş konsulluğu, 4 beynəlxalq təşkilatda nümayəndəliyi var.


Günün bütün mövzuları

XS
SM
MD
LG