Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:35

Daha bir fəal «vicdan məhbusu» elan edildi


«Amnesty International» Əmir Abbas Bənayi Kaziminin dərhal azadlığa buraxılmasını tələb edir
«Amnesty International» Əmir Abbas Bənayi Kaziminin dərhal azadlığa buraxılmasını tələb edir

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İranın Azərbaycan fəallarından Əmir Abbas Bənayi Kazimi haqda yeni bəyanat verib.


Sənəddə bildirilir ki, mayın 14-də Təbriz şəhərində yaşadığı evdə həbs olunmuş Əmir Abbas Bənayi Kazimini ETTELAAT əməkdaşları döyüblər: «Milli fəal bir müddət İran Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıldıqdan sonra avqustun 1-də Təbrizin mərkəzi həbsxanasına köçürülüb.


Anası Cəmilə Kazimi oğlu ilə görüşərkən onda işgəncə əlamətlərini görüb və bu barədə «Amerikanın Səsi»nə məlumat verib. Ertəsi gün Əmir Abbas dərhal ETTELAAT-ın Təbriz yaxınlığındakı təcridxanasına aparılıb və yenidən işgəncəyə məruz qalıb.


Avqustun 4-də Cəmilə Kazimi oğlunun ana dilini müdafiə etdiyinə görə həbs olunduğunu və işgəncəyə məruz qaldığını bəyan edib. Onun sözlərinə görə, oğlunun dişləri sındırılıb, saçları qoparılıb və bütün bədəni, sifəti gömgöy olub. Atası Rəhim Kazimi də oğlunu ziyarət etdikdən sonra onun ağır vəziyyətdə olduğunu söyləyib».


Bəyanatda qeyd olunur ki, hazırda milli fəalın səhhəti təhlükə qarşısındadır. Əmir Abbas Bənayi Kazimini «vicdan məhbusu» adlandıran «Amnesty International» onun dərhal azadlığa buraxılmasını tələb edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG