Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:28

İran səfiri ABŞ və Rusiyanın planını hədə adlandırır


«ABŞ və Rusiya özlərini elə aparırlar ki, sanki Azərbaycan bu məsələdə yoxdur»
«ABŞ və Rusiya özlərini elə aparırlar ki, sanki Azərbaycan bu məsələdə yoxdur»

İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare Qəbələ RLS-lə bağlı ABŞ və Rusiyanın mümkün müştərək planını hədə adlandırıb. O, sentyabrın 4-də jurnalistlərə açıqlamasında deyib ki, bu plan gerçəkləşərsə, ilk növbədə Azərbaycanın suverenliyi və sərbəstliyi təhlükə altına düşər.


Nasir Həmidi Zare: «ABŞ və Rusiya özlərini elə aparırlar ki, sanki Azərbaycan bu məsələdə yoxdur».


Sentyabrın 15-də Rusiya, ABŞ və Azərbaycan ekspertlərinin Qəbələ RLS-ə birgə səfərləri gözlənilir.


İran səfiri bildirib ki, Azərbaycan hökumətinin təmsilçiləri bu məsələdən narahat olmalıdırlar.


Yeri gəlmişkən, ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin müdiri Conatan Henik səfərin vaxtının hələ tam dəqiq olmadığını deyib: «Razılıq var ki, belə bir səfər keçiriləcək. Ancaq səfərin tarixi hələ konkretləşməyib».


Rusiyanın Bakıdakı səfiri Vasili İstratov isə jurnalistlərə bildirib ki, səfərin sentyabrın 15-də olacağı ilə bağlı artıq razılıq var. O, hətta Bakıya gələcək Rusiya ekspertlərinin tərkibini də açıqlayıb.


İstratovun sözlərinə görə, onların arasında Rusiya Xarici İşlər Nazirliyinin ABŞ üzrə Departamentinin nümayəndəsi, həmçinin Müdafiə Nazirliyinin generalı və ekspertləri var.


Rusiya prezidenti Vladimir Putin iyun ayında ABŞ-a Qəbəl RLS-i müştərək istifadə etməyi təklif edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG