Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Vartan Oskanyan: «Danışıqlarda yenilik yoxdur»


Vartan Oskanyan Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Vartan Oskanyan Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

«Qarabağ danışıqlarında məzmun baxımından bir yenilik yoxdu». Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəndən sonra belə deyib:


«Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in həmsədrləri ilə görüşəndən sonra biz öz mövqelərimizi bir daha nəzərdən keçirdik və deyə bilərəm ki, yeni bir irəliləyiş yoxdu».


Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün mümkün olub-olmaması haqda suala cavab verən Oskanyan deyib ki, əgər belə bir görüşün vacibliyi ciddi əsaslandırılsa, Ermənistan tərəfi heç vaxt belə təşəbbüslərə yox deməyib. Amma görüş xatirinə görüş də bir şey deyil.


Oskanyan onu da bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gələn həftə regiona gəlməsi gözlənilir.


Səfər sentyabrın 15-17- i aralığında baş tutacaq.





Sentyabrın 3-də isə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşüb. Görüşdə tərəflər Praqa prosesinin hazırki durumu və münaqişənin tənzimlənmə prinsiplərini müzakirə ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG