Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Ermənistanın Daxili İşlər naziri Bakıya gəlir


Ermənistanın Daxili İşlər naziri Ayk Arutunyan

Ermənistanın Daxili İşlər naziri Ayk Arutunyan

Ermənistanın Daxili İşlər naziri, general-polkovnik Ayk Arutunyan sentyabrın 5-də MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlir.

«Turan»ın məlumatına görə, Arutunyan Azərbaycana Gürcüstanın Daxili İşlər naziri İvan Meriaşvili ilə birlikdə Tbilisidən təyyarə ilə gələcək.



Prezident Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərlə söhbətdə Azərbaycan tərəfinin Artunyanın səfərini əngəlləyə bilməyəcəyini deyib. O, bunu Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması və ev sahibliyi etdiyi tədbirlərdə bütün tərəflərin iştirakını təmin etmək öhdəliyinin olması ilə əsaslandırıb.


İki günlük səfər çərçivəsində nazirlər əməkdaşlıq perspektivləri, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya ilə mübarizə məsələlərini və s. müzakirə edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG