Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:09

Metro işçiləri tətil edirlər


Sentyabrın 7-dək qatarların hərəkəti 12 xətdən yalnız üçündə həyata keçiriləcək

Sentyabrın 7-dək qatarların hərəkəti 12 xətdən yalnız üçündə həyata keçiriləcək

London metrosunun əməkdaşları üçgünlük tətilə başlayıblar. Sentyabrın 7-dək qatarların hərəkəti 12 xətdən yalnız üçündə həyata keçiriləcək.

Tətilə səbəb «Metronet» şirkətinin müflisləşməsindən sonra metro işçilərinin ixtisarı və pensiyaların itirilməsi qorxusudur.


İyulda borclar içində batan «Metronet» «Transport for London» şirkətinin idarəsinə verilib.


Şəhər rəhbərliyi əlavə avtobuslar buraxsa da, bazar ertəsi axşam dayanacaqlarda böyük növbələr olub.


«Transport for London» şirkətində deyirlər ki, şəhər nəqliyyatı ilə bağlı problemlər uzana bilər. Onlar bunda həmkarlar ittifaqlarını təqsirləndirirlər.


Londonun meri Ken Livinqston tətilçilərə söz verib ki, onlardan heç biri iş yerini itirməyəcək. Lakin həmkarlar ittifaqının metro rəhbərliyi ilə danışıqları nəticəsiz başa çatıb. Digər iki həmkarlar ittifaqı isə bildirib ki, fəhlələrin tələbləri yerinə yetirilməsə, gələn bazar ertəsi ikinci üçgünlük tətilə başlayacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG