Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

İlham Əliyev yenidən Ermənistanı hədələyib


Yaxın zamanda 19 min insanın yaşadığı 9 çadır şəhərciyi ləğv ediləcək

Yaxın zamanda 19 min insanın yaşadığı 9 çadır şəhərciyi ləğv ediləcək

Prezident İlham Əliyev yenidən Ermənistanı hədələyib və torpaqları yaxşılıqla azad edilməyəcəyi təqdirdə Azərbaycanın güc tətbiq edəcəyini bildirib. «Bu il Azərbaycanın hərbi büdcəsi 1 milyard dollar təşkil edib, gələn ilin hərbi büdcəsi daha da çox olacaq və biz silahlı qüvvələrin möhkəmləndirilməsi prosesini davam etdirəcəyik».

Dövlət başçısı bu fikirləri sentyabrın 4-də hökumət üzvlərinin və işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının iştirakı ilə keçirdiyi müşavirədə deyib. Müşavirə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunub.


İlham Əliyev deyib ki, mövcud olan çadır şəhərcikləri ləğv ediləcək, orada yaşayan qaçqınlar isə yeni salınmış qəsəbələrə köçürüləcək. Yaxın zamanda 19 min insanın yaşadığı Saatlı, Sabirabad və İmişli rayonlarındakı 9 çadır şəhərciyi ləğv ediləcək, deyə Əliyev bildirib.


O, dövlətin qaçqınların digər sosial-iqtisadi problemlərinin həllinə əlavə vəsait ayıracağına söz verib. Neftdən gələn gəlirlər bunu etməyə imkan verəcək, deyə prezident qeyd edib. Xəbəri «Turan» yayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG