Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:56

Hammarberq İnsanovun işini diqqətdə saxlayacaq


Əli İnsanov korrupsiyada təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib
Əli İnsanov korrupsiyada təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq sentyabrın 4-də Bayıldakı 1 saylı istintaq təcridxanasında sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb.


Bu barədə «Trendə» Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, Hammarberq İnsanovun saxlanma şəraiti, səhhəti və keçirilən məhkəmə prosesi ilə maraqlanıb.


Sabiq nazir səhhətinin ağır olduğunu, 8 xəstəlikdən əziyyət çəkdiyini, lakin müalicəsi üçün heç bir şərait yaradılmadığını Avropalı ekspertin diqqətinə çatdırıb. İnsanov həmçinin ədalətsiz məhkəmə qərarı ilə saxta ittihamlarla cəzalandırıldığını, siyasi motivlər əsasında həbs olunduğunu bildirib.


Hammarberq İnsanovun işinin diqqətdə saxlanılacağını deyib.


İnsanov 2004-cü ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunub. Bu il aprelin 20-də isə korrupsiya cinayətlərində təqsirli bilinərək məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG