Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:00

Əsgərlər infeksiyaya çiy sudan yoluxublar


Zəhərlənən əsgərlərdən bir neçəsinin müalicəsi başa çatıb

Zəhərlənən əsgərlərdən bir neçəsinin müalicəsi başa çatıb

Azərbaycan Ordusunun bir neçə əsgəri bağırsaq infeksiyası diaqnozu ilə Bakıdakı Hərbi Hospitala yerləşdirilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən xəbərə görə, əsgərlər infeksiyaya çiy su içdikdən sonra yoluxub. Artıq infeksiyalı suyun qaynağı bəlli olub və ondan istifadə qadağan edilib.


Hospitala yerləşdirilən əsgərlərdən bir neçəsinin müalicəsi başa çatıb və onlar qulluq etdikləri hərbi hissəyə qayıdıblar. Həftənin sonuna qədər qalan əsgərlərin də müalicəsinin başa çatacağı gözlənilir.


APA xəbər verib ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Qaladakı hərbi hissəsinin xeyli sayda əsgəri dizenteriya və zəhərlənmə diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə və hospitala yerləşdirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG