Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Naxçıvanda məmurlara şənbə günü ağac, bazar günü taxıl əkdirirlər


Hər həftənin bazar günü MR-nın büdcə təşkilatları üçün «əkin-biçin günü»dür

Hər həftənin bazar günü MR-nın büdcə təşkilatları üçün «əkin-biçin günü»dür

2008-ci ildə Naxçıvanda taxıl qıtlığı yaranmasının qarşısını almaq üçün Muxtar Respublika (MR) rəhbərliyi qeyri-rəsmi xüsusi göstəriş verib. Göstərişə əsasən MR-dakı büdcə təşkilatları-yəni nazirlik, idarə və müəssisələrin hər biri 2 hektar ərazidə taxıl əkməlidirlər.


Torpağı dövlət ayırır. Bütün xərclər-əkinlik buğdanın alınması, şum və digərləri təşkilatların öz üzərinə düşür.


Əkin-biçin üçün xüsusi gün də müəyyənləşib. Təşkilatlarda iş intizamı pozulmasının qarşısını almaq üçün hər həftənin bazar günü «əkin-biçin günü»dür.


Bu MR-da sınaqdan keçirilən ilk üsul deyil. Artıq altı aya yaxındır ki, yenə də qeyri-rəsmi göstərişə əsasən Naxçıvanın bütün nazirlik, idarə və müəssisələrinə sahələr ayrılıb. Hətta sahələrə onların hansı təşkilatlara aid olması üçün xüsusi plakatlar da vurulub. Həmin sahələrdə ağac əkilir. Bu iş üçün də həftənin şənbə günü müəyyənləşib.


Günün bütün mövzuları

XS
SM
MD
LG