Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26

12 milyard avroluq demokratiya


«Azərbaycanda Avropa standartlarına yaxınlaşmaq istiqamətində heç bir ciddi irəliləyiş nəzərə çarpmır»

«Azərbaycanda Avropa standartlarına yaxınlaşmaq istiqamətində heç bir ciddi irəliləyiş nəzərə çarpmır»

«Yeni Müsavat» Brüsseldə Avropa Birliyinin Yaxın Qonşuluq proqramı ilə bağlı geniş tərkibli konfrans barədə yazı dərc edib. Konfransda Avropa Birliyinə üzv olan 27 ölkə ilə yanaşı bu proqrama daxil edilən 15 ölkənin və Fələstin administrasiyasının yüksək səviyyəli nümayəndələri, əsasən xarici işlər nazirləri iştirak edir.


«İnternational Herald Tribune» qəzetinin yazdığına görə, Avropa Birliyi sözügedən proqrama daxil olan ölkələrə demokratiya, bazar iqtisadiyyatı və insan haqları sahəsində islahatların aparılması əvəzində 12 milyard avro yardım vəd edir».


Yaxın Qonşuluq proqramına 2004-cü ildə start verilib. Bu proqramın məqsədi AB-nin sərhədləri boyu yerləşən ölkələrdə daha yaxşı idarəçiliyə nail olmaq və demokratiya standartlarını yüksəltmək, beləliklə, birliyin qonşuluğunda uzunmüddətli stabillik üçün mövcud təhdidləri aradan qaldırmaqdır.


«Yeni Müsavat» yazır ki, Azərbaycanın Yaxın Qonşuluq proqramı çərçivəsində Birgə Fəaliyyət Planını imzalamasından bir ilə yaxın vaxt keçsə də, ölkədə AB-nin standartlarına yaxınlaşmaq istiqamətində heç bir ciddi irəliləyiş nəzərə çarpmır. Əksinə, xarici müşahidəçilər də qeyd edirlər ki, insan haqları, KİV azadlıqları sahəsində vəziyyət daha da pisləşib.


Restoran və şadlıq evləri üçün yeni qadağa müəyyənləşib. Bu barədə «525» yazır: «Şəhər polisi gecə saatlarında priotexniki vasitələrdən istifadəyə qarşı mübarizə aparacaq».


Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bu barədə sərəncamın çoxdan mövcud olduğunu xatırladaraq bildiriblər ki, təkcə şadlıq evləri deyil, ümumiyyətlə, bütün restoranlar, barlar gecə saatlarında əhalinin istirahət rejiminə maneçilik törətməməlidir: «Bakı Şəhər İcra Hakimiyyətinin pirotexniki vasitələrin istifadəsilə bağlı sərəncamı yeni deyil. Belə bir sərəncam uzun zamandır ki, mövcuddur. Yəni axşam saat 12-dən sonra əhalinin istirahət etdiyi saatlar olduğu üçün bu vaxt heç nə onların rahatçılığını pozmamalıdır».


Bakıda sərnişin nəqliyyatının hərəkəti ciddi nəzarətə götürülüb. «Üç nöqtə»yazır ki, beləliklə sərnişinlərin narahatlığına son qoyulacaq.


Bakı sərnişin nəqliyyatı paytaxtda keçirdiyi reydlərə əsasən avtobusların dayanacaqlardan kənarda saxlanması, nəqliyyat vasitələrinin görünüşünün dəyişdirilməsi və digər təhlükəsizlik qaydaları ilə bağlı artıq bir neçə tədbir həyata keçirir. «Dayanacaq qaydalarının pozulması, vəsiqəsiz avtobus idarəetmə, sükanı başqasına vermə halları da çoxluq təşkil edir. Bu cür halların qarşısını almaq üçün artıq sahibkarlara xəbərdarlıq edilib. Bundan sonra isə xəbərdarlıq yox, konkret tədbirlər olacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG