Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:47

Elton Quliyev əlavə şahidlərin çağırılması ilə bağlı vəsatət verib


Sentyabrın 3-də sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin və daha 17 nəfərin prosesi davam edib. Məhkəmədə F.Əliyevin vəkili Elton Quliyev əlavə şahidlərin çağırılması ilə bağlı vəsatətlə çıxış edib. Məhkəmə vəsatətin növbəti proseslərdə müzakirə edilməsini qərara alıb.


Sonra mütəxəssislərin dindirilməsi başlanıb. Maliyyə Nazirliyinin əməkdaşı Nizami Məcidov nazirlikdə özəlləşdirilən obyektlərlə bağlı aparılan yoxlamalara dair ifadə verib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Onlar korrupsiya, vəzifə saxtakarlığı və başqa iqtisadi cinayətlərdə ittiham edilirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG