Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:21

Fərəməz Novruzoğlu əməliyyatdan imtina edib


F.Novruzoğlu həbs edilməzdən əvvəl bağırsağındankı problemlə bağlı əməliyyat olunub

F.Novruzoğlu həbs edilməzdən əvvəl bağırsağındankı problemlə bağlı əməliyyat olunub

«Nota-bene» qəzetinin həbsdə olan əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsində cərrahiyyə əməliyyatı keçirməkdən imtina edib.


Bunu «Azadlıq» radiosuna jurnalistin həyat yoldaşı Tahirə Allahverdiyeva deyib: «Xəstəxanada onun əməliyyat olunması mümkün deyil. Həkimlərin dediyinə görə, əməliyyatdan sonra Fərəməz altı ay yataq şəraitində müalicə olunmalıdır. Bu isə həbsxana şəraitində mümkün deyil. Digər tərəfdən, nazirliyin müalicə müəssisəsindəki şərait də onu qane etmir».


F.Novruzoğlu hələ həbs edilməzdən iki ay əvvəl bağırsağındankı problemlə bağlı əməliyyat olunub. Həbsxanada onun səhhətində yenidən problemlər yaranıb və burada daha iki dəfə cərrahiyyə əməliyyatı keçirib.


«Nota-bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiası əsasında 2,6 müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG