Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

Hava iqlim normasından 3-4 dərəcə yüksək olacaq


Bakıda hökm sürəcək yüksək temperatur isti diskomfort şəraitin yaranmasına səbəb olacaq

Bakıda hökm sürəcək yüksək temperatur isti diskomfort şəraitin yaranmasına səbəb olacaq

Həftənin sonuna qədər ölkə ərazisində temperatur yüksək olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamentindən verilən məlumata görə, bu günlərdə müşahidə olunan hava iqlim normasından 3-4 dərəcə yüksək olacaq.


Aran rayonlarında havanın temperaturu 39 dərəcəyədək yüksələcək. Dağlıq ərazilərdə bu göstərici 25-30, Abşeron yarımadasında isə 35-38 dərəcə arasında dəyişəcək. Bu gün də daxil olmaqla həftənin sonuna qədər Bakıda hökm sürəcək yüksək temperatur havada rütubətliyin normadan artıq olması, gecə və səhər saatlarında durğun hava şəraitinin müşahidə edilməsi isti diskomfort şəraitinin yaranmasına səbəb olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG