Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:29

NATO-nun Cənubi Qafqaz üzrə yeni əlaqələndiricisi təyin olunub


XİN rəsmisi Xəzər İbrahim ənənəvi həftəlik mətbuat konfransı keçirib

XİN rəsmisi Xəzər İbrahim ənənəvi həftəlik mətbuat konfransı keçirib

NATO-nun Cənubi Qafqaz regionu üzrə yeni əlaqələndiricisi təyin olunub. Bu, polşalı diplomat Biqnet Rbaçkidir. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahim ənənəvi həftəlik mətbuat konfransında bildirib.


Onun sözlərinə görə yeni əlaqələndirici barədə NATO-nun baş katibi xarici işlər nazirinə məktubunda məlumat verib.


Region üzrə yeni əlaqələndirici Biqnet Rbaçki 3 il müddətinə səlahiyyətlərini icra edəcək. Yaxın vaxtlarda onun regiona səfəri gözlənilir. Cənab Rbaçki bundan əvvəl NATO-nun Ukraynada əlaqələndiricisi olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG