Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Əmək Müfəttişliyi bütün tikintilərdə kütləvi yoxlamalara başlayır


Əmək qanunvericiliyinə uyğun gəlməyən hallar aşkarlanarsa, tikinti dayandırıla bilər

Əmək qanunvericiliyinə uyğun gəlməyən hallar aşkarlanarsa, tikinti dayandırıla bilər

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi bütün tikinti obyektlərində kütləvi yoxlamalara başlayır. Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məmməd Qazıyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə yoxlamalarda işçilərin əmək şəraiti, iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğunluğu, işçilərin işə götürən tərəfindən fərdi mühafizə vasitələri, xüsusi geyimlə təmin edilməsinə diqqət ayrılacaq.


«Təbii ki, birinci əmək müqaviləsidir. Tərəflərin hüquq və səlahiyyətlərinin müəyyən edilməsi vacib şərtdir. Bunlar hamısı əmək müqaviləsində öz əksini tapmalıdır».


Məmməd Qazıyev onu da bildirdir ki, budəfəki yoxlamalar əvvəlkilərdən fərqli olaraq gücləndirilmiş formada olacaq. Müfəttişlik ona verilən səlahiyyətlər çərçivəsində sanksiyalar tətbiq edəcək. Yəni əmək qanunvericiliyinin tələblərinə uyğun gəlməyən hallar aşkarlanarsa, tikinti dayandırıla, yaxud cərimə sanksiyaları tətbiq oluna bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG