Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:44

«Kəmaləddin Heydərovla Abid Şərifov toqquşur»


«İndi o, qəzanın əsas günahkarının Kəmaləddin Heydərov olduğunu ortaya qoymaq istəyir»
«İndi o, qəzanın əsas günahkarının Kəmaləddin Heydərov olduğunu ortaya qoymaq istəyir»

Sentyabrın 2-də çap olunan «Yeni Müsavat» qəzetindəki «İqtidarda «təmizləmə» başlayır» başlıqlı məqalədə bildirilir ki, Yasamal rayonunda binanın çökməsi hakimiyyət daxilində ziddiyyətlərin dərinləşməsinə səbəb olub. Hazırda iqtidar düşərgəsində ciddi təlaş yaşanır. Qəzet yazır ki, buna səbəb prezident İlham Əliyevin tikinti sektorunda total yoxlamalara dair göstəriş verməsi və prosesə şəxsən nəzarətə başlamasıdır. «Yeni Müsavat»a məlumat verən mənbə bildirir ki, bir çox yüksək rütbəli məmurlar yoxlamalar nəticəsində qanunsuz əməllərinin və ümumi «kotyol»a pul atmaqlarının üzə çıxarılacaqlarından narahatdırlar: «Məmurların əksəriyyətinin tikinti biznesində əli var. Onların hər biri hansısa ərazidə torpaq zəbt edən, yaxud qanunsuz olaraq bina tikdirən iş adamlarına havadarlıq ediblər. Əksər tikinti şirkətləri vəzifəli məmurların qara pullarını fırladırlar». Qəzet yazır ki, total qanunsuzluqlarla təkcə «Mütəfəkkir» deyil, bütün başqa şirkətlər də məşğul olublar: «Bu səbəbdən məmurlar öz cinayətlərini ört-basdır etmək üçün hərəkətə keçiblər. Eyni zamanda, hakimiyyətdə yüksək post tutan bəzi şəxslər yoxlama aparan Dövlət Komissiyasına bir-birinin qanunsuz əməlləri barədə məlumat ötürürlər».


«Kəmaləddin Heydərovla Abid Şərifov toqquşur» - «Azadlıq» qəzetinin baş yazısı belə adlanır. Qəzet yazır ki, Şərifov «fövqəlnazir»dən kompromat toplayır: «Vaxtilə Fövqəladə Hallar naziri olmaq istəyən, lakin məqsədinə çatmayan Baş nazirin müavini konkret fəaliyyətə başlayıb. Xüsusilə ölkə başçısı tərəfindən tikintilərlə bağlı yaradılmış komissiyanın sədri təyin edilməsi Şərifovu daha da həvəsləndirib. İndi o, Yasamalda baş verən qəzanın əsas günahkarının Kəmaləddin Heydərov olduğunu ortaya qoymaq istəyir». «Azadlıq» iddia edir ki, bunu Abid Şərifovun iki gün əvvəl dediyi «Qəza baş verən binanın lazımi sənədləri dövlət qurumları tərəfindən verilib» sözləri də təsdiqləyir. Qəzet yazır ki, Baş nazirin müavininin şəhərdə inşa edilən 74 binada da çatışmazlıqların aşkarlanmasını dilə gətirməsi Şərifov-Heydərov mübarizəsinin başlanğıcını ortaya qoyur.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG