Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:32

«Əmlak bazarında ucuzlaşma gözlənilmir»


«Daşınmaz əmlak bazarında ilkin bazarın ümumi payı azalacaq»
«Daşınmaz əmlak bazarında ilkin bazarın ümumi payı azalacaq»
Avqustun 28-də Bakının mərkəzində çökən göydələnlə bağlı məlumatlar hələ də ölkə mətbuatında bir nömrəli xəbər olaraq qalmaqdadır.

«Yeni inşa edilmiş binaların uçması ilə bağlı son hadisələr əhalinin alıcılıq qabiliyyətinə təsir etməyəcək».

Bunu «Ayna» qəzetinə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov söyləyib. Onun fikrincə, əhalinin yeni inşa edilən binalara inamının azalması istisna edilməsə də, təkrar bazarın hesabına Bakıda daşınmaz əmlakın qiymətləri yüksək qalacaq.


«Ümumiyyətlə, daşınmaz əmlak bazarında ilkin bazarın ümumi payı azalacaq... İlkin bazarda fəallıq azalacaqsa, bazarı fərdi evlər, torpaq sahələri tutacaq. Bu bazarlarda da tələbat artdığından, qiymətlərdə ilin sonuna kimi artım müşahidə ediləcək».


Birlik səlahiyyətlisi söyləyir ki, sentyabr-dekabr ayları daşınmaz əmlak bazarı, xüsusən də mənzil bazarı və qeyri-yaşayış sahələri üçün mövsümi aylardır. Müşahidələrə əsasən, həmişə bu aylarda əhalinin alıcılıq fəallığı artır. Təbii ki, bunun fonunda bazarda qiymətlər müəyyən qədər yüksəlir. İlin sonu - dekabr-yanvar ayları isə qiymət artımının pik zirvəsi olur.


N. İbrahimovun dediyinə görə, adətən istirahətdən qayıdan əhali daşınmaz əmlak bazarına üz tutur:



«Təbii ki, ilkin bazarda müəyyən problemlər yaşanır. Odur ki, alıcı kontingenti təkrar bazara və torpaq bazarına üz tutacaq... Amma bu, müvəqqəti xarakter daşıyacaq. Belə ki, yaxın 4-5 aydan sonra yenə də sabitləşmə gəzlənilir».



«Yeni Müsavat» qəzeti yazır ki, yeni tikilən çoxmərtəbəli binalardakı mənzillərin qiymətində ucuzlaşma var. Bu, qəzet əməkdaşlarının müşahidəsi nəticəsində ortaya çıxan faktdır. Hətta tikilməkdə olan binalardan alınan mənzillərdən imtina halları da var.


Belə ki, ev alqı - satqısı ilə məşğul olan şəxslərdən biri «Yeni Müsavat»la söhbətində bildirib ki, avqustun 28-də Bakıda çoxmərtəbəli binanın uçmasından sonra vətəndaşların bu tipli binalara etibarı qalmayıb:


«Ona görə də bir xeyli adam əvvəlcədən pulunu ödədiyi mənzildən imtina etmək fikrinə düşüb. İnsanlar o qədər həyəcanlanıblar ki, heç yeni tikilən binaların ekspertizadan keçirilməsini də gözləmək istəmirlər. Hətta ekspertizanın dəqiq aparılacağına da inanmırlar».


«Yeni Müsavat» vətəndaşlar arasında da maraqlı sorğu keçirib. «Yeni tikilən binalardan mənzil almaq istəyiniz olsaydı, baş verən hadisədən sonra necə rəftar edərdiniz» sualına böyük əksəriyyət «fikrimdən daşınardım» cavabını verib. Bir nəfər isə «dost-tanış arasında o qədər mütəxəssis var ki, birinə yoxlatdırardım binanı, sonra qərar verərdim. Əslində tikinti bumunun ilkin vaxtlarında inşa edilən binalar normaldır, əsasən son bir-iki ildə tikinti çox xaotik forma alıb, heç bir keyfiyyət göstəricilərinə əməl olunmur» - deyə, öz münasibətini açıqlayıb.


«Tikintidə şəhid olmuş on bir nəfər yüzlərlə insanın həyatını xilas edib».


Bu fikri «Azadlıq» qəzetinə «Ədalət» qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas söyləyib:


«Siz təsəvvür edin, həmin bina istifadəyə verildikdən sonra bu faciə baş versəydi, onun miqyası necə ola bilərdi... Bu olay və onun nəticələri, gələcəkdə onların təkrarlanmaması üçün hansı işlərin görülməli olduğu hökmən parlamentin sessiyasında müzakirə edilməlidir».


Millət vəkili Pənah Hüseyn isə hesab edir ki, faciənin bir səbəbi var – korrupsiya:


«Məgər binanın çökdüyü yerdə olan dövlət məmurları elə həmin ərazidə aparılan eybəcər tikintini görmürlər? Elə adi baxışla görmək olar ki, həmin binaların tikilməsi zamanı heç bir normaya riayət olunmayıb. Bunun da bir səbəbi var – korrupsiya. Bakıda ağlasığmayan yerlərdə tikinti işləri aparılanda, belə də nəticələr olmalıydı».


Qarşıdakı sessiyada Bakıdakı son faciənin mütləq müzakirəyə çıxarılacağını deyən P. Hüseyn hesab edir ki, bu məsələnin üzərindən sükutla keçmək olmaz.


YAP-dan olan millət vəkili Aydın Mirzəzadə də bildirir ki, böyük ehtimalla Bakıdakı faciə Milli Məclisin iclasında müzakirə olunacaq.


XS
SM
MD
LG