Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:43

«Ulduz» Elm İstehsalat Birliyinin binası partladılıb


Bakıdakı Bağırov körpüsünün yaxınlığında zavodun həyətində güclü partlayış baş verib.


ANS PRESS əməkdaşlarının verdiyi məlumata görə, hadisə Nərimanov rayonu, Xalqlar Dostluğu-1 ünvanında baş verib. Onların dediyinə görə, həmin tikili «Ulduz» Elm İstehsalat Birliyinin binası olub.


İş icraçısı Nail Nuruşovun sözlərinə görə, bina Nazirlər Kabinetinin qərarı ilə bu ilin avqustuna qədər sökülməli olsa da, tikintidə istifadə olunan betonun davamlılığı işin vaxtında yekunlaşmasına mane olub. Ona görə də tikilini dinamitlə partlatmaq məcburiyyətində qalıblar. Heç kəs zərər çəkməyib.


XS
SM
MD
LG