Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:43

«Sənət qəzeti» yenidən nəşrə başlayır


«Sentyabrın 15-dən «Sənət qəzeti»nin nəşrini bərpa etmək fikrindəyəm». «Alma» qəzetinin əməkdaşı Zahir Əzəmət bu barədə «Turan»a bildirib.


O, qəzetin əvvəlki kimi ayda bir dəfə nəşr ediləcəyini deyib, lakin yönümünə görə daha ictimai-siyasi yox, ədəbi bir qəzet olacağını bildirib. Onun sözlərinə görə, qəzetdə yerli yazarların bədii əsərlərinin, tərcümə ədəbiyyatı nümunələrinin dərc edilməsi nəzərdə tutulur.


O, qəzetin hazırda həbsdə olan baş redaktoru Samir Sədaqətoğlu ilə danışdığını və nəşri razılaşdıqlarını bildirib.


«Sənət qəzeti» 2003-cü ilin martından nəşr edilir. 2006-cı ilin oktyabrında dərc edilmiş «Avropa və biz» məqaləsinə görə qəzetin redaktoru Samir Sədaqətoğlu və məqalə müəllifi Rafiq Tağı həbsə alınıblar və 2007-ci ilin mayında uyğun olaraq 4 il və 3,5 il müddətinə azadlıqdan məhrum ediliblər.


XS
SM
MD
LG