Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:28

Un idxalı və çörək istehsalı da ƏDV-dən azad edilə bilər


«Biz çörəyin keyfiyyətinə, bazarda sağlam rəqabətin qorunmasına nəzarət edə bilərik»
«Biz çörəyin keyfiyyətinə, bazarda sağlam rəqabətin qorunmasına nəzarət edə bilərik»

Azərbaycan hökuməti daxili bazardakı vəziyyətdən asılı olaraq, çörəyin qiymətinin artmasının qarşısını almaq məqsədilə gələcəkdə çörəyin istehsalı sahəsində və un idxalı ilə məşğul olan təsərrüfat subyektlərini ƏDV-dən azad edə bilər. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.


Nazirin sözlərinə görə, dövlət un və çörək məmulatlarının istehsalı və satışı sahəsini liberallaşdırıb: «Biz dövlət olaraq yalnız istehsal edilən çörəyin keyfiyyətinə, bazarda sağlam və qanuni rəqabətin qorunmasına nəzarət edə bilərik».


Bununla yanaşı, H.Babayev qeyd edib ki, dövlət qiymətlərin artmasının qarşısını almaq məqsədilə sahibkarları müəyyən dolayı və ya birbaşa vergilərdən azad edə bilər. Belə ki, Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli qərarı ilə Azərbaycana taxıl idxalı ƏDV-dan azad olunub: «Bu, qiymətlərə təsir göstərməlidir. Sonradan una və çörək istehsalında da ƏDV-dən azad olunma mümkündür. Hesab edirəm ki, əgər belə bir zərurət yaranarsa, hökumət onları da ləğv edəcək».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG