Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45

Gürcüstanın beş nazirliyində rəhbərlik dəyişdirilib


Saakaşvili bəyan edib ki, tərkibi dövri olaraq yeniləmək lazımdır ki, hökumətdə «təmiz qan» olsun
Saakaşvili bəyan edib ki, tərkibi dövri olaraq yeniləmək lazımdır ki, hökumətdə «təmiz qan» olsun

İlk olaraq əmək, səhiyyə və sosial müdafiə naziri Vladimir Çipaşvili istefaya gedib. Bir ay ərzində onun Çexiyaya səfir göndəriləcəyi gözlənilir. Onu əvvəllər ətraf mühiti və təbii resursları müdafiə naziri olmuş David Tkeşelaşvili əvəz edib. Tkeşelaşvilinin vəzifəsinə isə müavini David Çantladze təyin olunub. Maliyyə naziri Aleksi Aleksişvili Gürcüstanın Milli Bankının prezidenti vəzifəsinə təyin olunub. Onun yerinə isə energetika naziri Nikoloz Qilauri gəlib. N. Qilaurinin yerini isə müavini Aleksandr Xetaquri tutub.


Ədliyyə naziri Qiya Kavtaradze də istefa verib. O, özəl sahədə işləmək arzusunda olduğunu bildirib. Onun yeri artıq Tiflis apellyasiya məhkəməsinin sədri Eke Tkeşelaşviliyə təklif olunub. Hökumət rəhbəri Zurab Noqaideli bu yerdəyişmələri şərh edərək bildirib ki, onlar kabinetin iş effektivliyini artırmalıdırlar. Gürcüstan prezidenti Mixail Saakaşvili həmçinin bəyan edib ki, tərkibi dövri olaraq yeniləmək lazımdır ki, hökumətdə «təmiz qan» olsun.(ANS)


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG