Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

«Sərhədsiz reportyorlar» jurnalisti azad etməyə çağırırlar


F.Allahverdiyev bu il yanvarın 30-da həbs edilib

F.Allahverdiyev bu il yanvarın 30-da həbs edilib

Həbsdə olan «Nota bene» qəzetinin əməkdaşı Fərəməz Allahverdiyin (Novruzoğlu) səhhətinin kəskin şəkildə pisləşməsi ciddi narhatlıq doğurur və onu həbsdən təcili azad etmək üçün səy göstərmək lazımdır. «Turan»ın məlumatına görə, bu haqda «Sərhədsiz reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatının avqustun 30-da yaydığı açıqlamada deyilir.


Təşkilat F.Allahverdiyevin həyat yoldaşı Tahirə Allahverdiyevaya isnadən jurnalistin ölüm ayağında olduğunu bildirir.


F.Allahverdiyev bu il yanvarın 30-da Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun böhtan iddiası əsasında 2 il 6 ay müddətinə həbs edilib.


«Biz F.Allahverdiyevin səhhətinə görə çox narahatıq. Səhhətini nəzərə alaraq hakimiyyət onu həbsdən təcili azad etməlidir», - deyə açıqlamada qeyd edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG