Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:39

Taliblər daha dörd cənubi koreyalını azad ediblər


Avqustun 30-da taliblər daha dörd cənubi koreyalı girovu azad ediblər. Bu haqda «Taliban» hərəkatının nümayəndəsi Məhəmməd Bəşir xəbər verib.



Avqustun 29-da isə taliblər 12 girovu buraxmışdılar.


Üç adam hələ də əsirlikdə saxlanır.


23 cənubi koreyalıdan ibarət missioner qrupu ay yarım əvvəl Əfqanıstanın Qazni əyalətində oğurlanıb. İki girovu yaraqlılar sonradan öldürmüş, iki xəstə qadını isə «xoşməram jesti» kimi buraxmışdılar.


Qalan əsirlərin azad olunması müqabilində taliblər ilin sonuna qədər Koreya qoşunlarının Əfqanıstandan çıxarılmasını və Cənubi Koreyadan olan missionerlərin bir daha ölkəyə gəlməyəcəkləri haqda zəmanət tələb ediblər. Seul bu tələblərlə razılaşıb.


XS
SM
MD
LG