Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:01

«Jurnalistləri böhtana görə həbsdə saxlamaq olmaz»


«ABŞ Azərbaycanda mətbuatın vəziyyətindən narahatdır»

«ABŞ Azərbaycanda mətbuatın vəziyyətindən narahatdır»

ABŞ hesab edir ki, jurnalistləri böhtana görə həbsdə saxlamaq olmaz. Buna görə cəza Cinayət Məcəlləsi ilə deyil, İnzibati Xətalar Məcəlləsi çərçivəsində həyata keçirilməlidir. ABŞ Azərbaycan hakimiyyəti ilə bu mövzuda dialoqları davam etdirir. «Turan»ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörs həbsdə olan yeddi jurnalist ətrafında vəziyyəti şərh edərkən bildirib.


«Azərbaycanda mətbuat və söz azadlığının vəziyyəti ABŞ və partnyor ölkələrin narahatlığına səbəb olur. Belə ki, Azərbaycan hüquqşünaslarının bu yaxınlarda keçirilən forumunda qeyd olunub ki, 2005-2007-ci illər ərzində mətbuata qarşı böhtan ittihamı ilə məhkəmə iddialarının sayı 10 dəfə artıb və iddiaların 60%-i dövlət məmurları tərəfindən verilib. Bu cür tendensiya narahat etməyə bilməz»,- deyə səfir bildirib.
Enn Dörs deyib ki, hakimiyyətlə iş iki istiqamətdə aparılır. Bir tərəfdən ABŞ profesionallıq və jurnalist etikasının yüksəldilməsi üzrə proqramları dəstəkləyir. Digər tərəfdənsə, Vaşinqton hakimiyyəti münaqişəli məsələləri məhkəmədənkənar qaydada həll etməyə çağırır.


«Bundan başqa, ABŞ elektron KİV şəbəkəsinin genişləndirilməsi və hər şeydən əvvəl, yeni televiziya və radio kanallara liseziya verilməsi lehinə çıxış edir», - deyə Dörs qeyd edib.


XS
SM
MD
LG