Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

Bakıda bəzi tikintilər dayandırıla bilər


Baş prokuror binanın partlayış nəticəsində çökməsi barədə məlumatları təkzib edir
Baş prokuror binanın partlayış nəticəsində çökməsi barədə məlumatları təkzib edir

«İndiyə qədər bina uçqunlarının altından 11 meyit və əlavə əzalar çıxarılıb». Baş prokuror Zakir Qaralov Yasamal rayonundakı bina uçqunu ilə bağlı jurnalistlərə açıqlamasında belə deyib.


Onun sözlərinə görə, bu 11 nəfərin 9-nun şəxsiyyəti müəyyənləşdirilib: «Dağıntılar altında nə qədər adamın qaldığı isə dəqiq bilinmir. Çünki binada işləyən şəxslər günəmuz çalışdığından hadisə baş verən gün orda nə qədər fəhlənin olduğu məlum deyil».


Baş prokurorun bildirdiyinə görə, hadisə ilə bağlı yaradılan «qaynar xəttə» adam axtarışı ilə bağlı on müraciət daxil olub.


Z.Qaralov tikintini aparan «Mütəfəkkir» MTK-nın dörd əməkdaşı barədə həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müracət olunduğunu da bildirib.


O, binanın partlayış nəticəsində çökməsi barədə məlumatları təkzib edib. Cənab Qaralovun sözlərinə görə, hadisə - təhlükəsizlik tədbirləri düzgün həyata keçirilmədiyindən baş verib.


Baş prokuror hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyasının araşdırmalardan sonra Bakıda təhlükəsizlik normalarına cavab verməyən bəzi tikintilərin fəaliyyətini dayandıra biləcəyini də bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG