Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

İndiyə qədər Azərbaycanın 4471 vətəndaşı itkin düşüb


Onların 99 faizi Ermənistan-Azərbaycan münaqişəsində itkin düşənlərdir

Onların 99 faizi Ermənistan-Azərbaycan münaqişəsində itkin düşənlərdir

İndiyə qədər Azərbaycanın 4471 vətəndaşı itkin düşüb. Onların 99 faizi Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatlar zamanı itkin düşənlərdir. Bu sözləri Əsir, İtkin və Girov Götürülmüş Şəxslərlə İş üzrə Dövlət Komitəsinin İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyir. Onun sözlərinə görə, son üç ildə itkin düşmüş vətəndaşlardan yalnız 600-nün yerini müəyyən etmək mümkün olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı Nümayəndəliyinin başçısı Martin Amaşer isə 2007-ci ildə qurumun itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı 160 yeni sorğu açdığını bildirir. Cənab Amaşer deyir ki, beynəlxalq hüquq insanların əsir və girov kimi saxlanmasına yol vermir. Bu səbəbdən hərbi əməliyyatlar zamanı hər hansı səbəbdən əsir götürülmüş, girov düşmüş insanlar öz ölkələrinə qaytarılmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG